9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

AFFA hakimin döyüldüyü oyunla bağlı qərarları açıqlayıb

AFFA İntizam Komitəsi Region Liqasında "Cəbrayıl" və "Energetik" komandaları arasında 1/4 final mərhələsinin cavab oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "Energetik" komandasının futbolçuları Elvin Əlizadə, Tural Məmmədzadə və Allahverdi Allahverdiyev 14, Orxan Əlibabayev isə 10 oyunluq cəzalanıb.

Buna oyunçuların hakimlər briqadasını təhqir etməsi və referilərə qarşı fiziki təsir göstərməsi səbəb olub.

"Cəbrayıl"dan Nurlan Həsənov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb.

Bundan əlavə, Mingəçevir təmsilçisinin prezidenti Ruslan Həmidov da hakimlərə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün 5 oyunluq cəzaya məruz qalıb.

Görüş 90+3-cü dəqiqədə yarımçıq qaldığı üçün “Energetik”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, 90+3-cü dəqiqədə futbolçular hakimlər briqadasına hücum edib. İnsidentin böyüdüyünü görən referi Rövşən Rəcəbov görüşü dayandırıb və qarşılaşma yarımçıq qalıb. Həmin vaxt matçda hesab açılmayıb. Mingəçevirdəki ilk oyunda "Cəbrayıl" 2:1 hesablı qələbə qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31