9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Zirə”nin legioneri: “Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam”

“Zirə”nin braziliyalı futbolçusu Filipe Paxtmann ölkəsinin "Terra" nəşrinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 22 yaşlı hücumçu zədəsini sağaltdığını deyib:

"Mən tam sağalmışam və artıq komanda yoldaşlarımla məşq edirəm. Düşünürəm ki, bəlkə iki-üç həftədən sonra oyunları yenidən ard-arda sıralamaq olar. Bu, mənim üçün böyük qələbə olar. Çünki zədə alandan sonra Premyer Liqaya qayıtmaq üçün mübarizə aparmağa başladım".

Felipe paytaxt təmsilçisindəki gələcəyi barədə də danışıb: “Əminəm ki, yaxın gələcək gözəl olacaq. Komandama bütün məqsədlərinə çatmaqda kömək edə biləcəyəm. Mən kifayət qədər gəncəm və hələ Avropa futbolunda çox yaxşı şeylər yaşayacağam".

Qeyd edək ki, Paxtmann 2021-ci ildən "Zirə"də oynayır. O, ötən ilin sentyabr ayında zədələnib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31