Ölkə futbolu
Vəli Qasımov: "Şamaxıdan futbolçu da çıxacaq"
"Belə gedişlə gələcəkdə buradan 100 faiz futbolçu da çıxacaq".
Futbolxeber.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov deyib.
Artıq 3 aydan çoxdur Şamaxıda olduğunu deyən veteran futbolçu, çətin olsa da, işləri getdiyini bildirib: "Şamaxının əsas idman növü futbol deyil, güləşdir. Bu gün isə futbola maraq çox böyüyüb. Hər məşqə 5-6 yeni uşaq gəlir. Artıq 150-dən çox uşaq var, onlara baxmaq çətindir. Amma iş gedir, balacalar artırır. Orta yaş qrupları demək olar ki, bir az əziyyət çəkirlər. Burada 5 yaşından 13 yaşadək uşaqlar var. Hələlik onları yaş qruplarına bölməmişik. Bunu gələcəkdə edəcəyik. Hazırda futbola marağı artırırıq, ona görə məşqlərə çoxlu uşaq gəlir".
O, 14-15 yaşlı uşaqlara da fürsət yaratdıqlarını diqqətə çatdırıb: "Bu yaşda Şamaxıda yaxşı uşaqlar var. Planlarımızda 14-15 yaşlılara məşq keçmək yoxdur. Meydança və top veririk ki, oynaya bilsinlər".
Qasımovun sözlərinə görə, əsas məqsəd futbola marağı artırmaqdır. O bildirib, rayonda futbola marağın necə olması "Şamaxı"nın "Neftçi"yə 1:2 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XXIII tur matçında görünüb: "Hamı gəlib oyuna baxmaq istəyirdi. Növbəti matçda da stadion dolacaq. Əhali futbolu çox sevir".
"Burada ilk olaraq, məktəblər arasında seleksiya işi görmüşük. Bəzi yaş qruplarında məktəblər arasında turnir də keçirmişik. Həmin yarışlardan maraqlı uşaqları məşqlərə dəvət edirik", - deyə o vurğulayıb.
Qasımov "uşaqları kross qaçırtmağa icazə varmı" sualını da cavablandırıb: "Məni uşaqlıqda çox kross qaçırdıblar (gülür). İndi məşqlərin hamısı demək olar ki, topladır. Topla və topsuz da qaçmaq olar. Hazırda futbol 3-4 metrlik məsafədə oynanılır. Az futbolçular var ki, 30-40 metr qaça bilir".
Koordinator Şamaxı şəhər stadionunun süni örtüyündə uşaqların futbol oynamalarına da münasibət bildirib: "Mən cavan və uşaq vaxtı asfalt, taxta meydança görmüşəm. Hər yerdə oynamışam, bizdə belə şərait yox idi. Hazırkı dönəmdə uşaq məktəbi üçün süni meydança çox yaxşıdır. Ötürmə öyrətmək, rəqibi aldatmağı başa salmaq s. xalçanın üstündə çox rahatdır. Yəqin ki, çox eşidirsiniz ki, süni örtükdə məşq edəndə çoxlu zədə olur. Amma zədələr bununla deyil, çox yüklənmə ilə əlaqədardır. Hər yaş qrupunun məşq üçün öz vaxtı var. Ona riayət etsən, zədələr olmayacaq. Yüklənmə deyəndə nəyi nəzərdə tuturam? Məsələn, idmançını 20 kq-ı qaldırmağı məcbur etmək mümkündür, amma ikinci məşqdə o, zədə ala bilər. Çünki şişən əzələlər qaçanda cırılacaq. Bundan əlavə, 1,5 saatdan çox məşq etmək olmaz. Belə hallarda da zədələr gəlir. Bu səbəbdən, yüklənmələrə diqqət etmək lazımdır"
Keçmiş hücumçu hazırda bütün gününün Şamaxıda keçdiyini vurğulayıb: "Ailəm Bakıdadır, imkan olanda gəlirlər. Mən isə burada qalıram. Əsas işim buradadır və demək olar ki, bütün günümü Şamaxıda keçirirəm. Hazırda 4 məşqçi və 1 inzibatçımız var. Məşqçilərin hamısı yerli mütəxəssisdir, D kateqoriyaları var. Gələcəkdə daha yüksək kateqoriyanı oxumağa davam edəcəklər".
Qasımov uşaq futbolunun xüsusiyyətlərindən də danışıb: "Futbolu sevməz lazımdır. Mən uşaqlıqdan bu idmanın xəstəsi olmuşam. Yeni işimdə bir az fərqli məqamlar var. Amma Azərbaycanda uşaq futbolu ilə bağlı böyük problemlər mövcuddur. Bu, rayonlara da aiddir. Mən də uşaq futbolunun qalxmasını və gələcəkdə yaxşı futbolçuların çıxmasını istəyirəm. Seleksiya işlərimiz hələlik Şamaxıya aiddir. Amma yaxın bölgələrdə də olacaq".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib