9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi: "Heç vaxt onları milliyə çağırmayacağımı deməmişəm"

"Əvvəlcə Novruz bayramınızı təbrik edirəm. Heyətə gəlincə, heç vaxt Eddi İsrafilovla Dmitri Nazarovu milliyə çağırmayacağımı deməmişəm. Bu qərar sadəcə, COVID-19-la bağlı idi. Həmin vaxt gənclərə şans verdik. İndi başa düşdük ki, yaxşı nəticələr üçün bizə təcrübəli futbolçular da lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Malta və Latviya yığmalarına qarşı keçirəcəkləri yoldaşlıq oyunlarından öncə təşkil olunan mətbuat konfransında deyib.

66 yaşlı mütəxəssis bildirib ki, heyət seçimi ilə bağlı əmin olmadığı bir şey yoxdur: "Gənclər heyətdə qalır və onlara təcrübəli oyunçular əlavə olunur. Yeni çağırdıqlarım öz təcrübələri ilə bizə kömək edə bilər. Burada heç bir problem görmürəm".

İtaliyalı baş məşqçi dəvət göndərdiyi qapıçılardan da söz açıb: "Üç yaxşı qapıçımız var. Nicat Mehbalıyev "Qəbələ"də yaxşı mövsüm keçirir. Perspektivli qolkiperdir. Digər ikisinin isə təcrübəsi var. Qarşıdakı günlərdə kimin əsas heyətdə oynayacağına qərar verəcəyik. Əlimizdəki oyunçularla strateji və taktiki dəyişikliklər edəcəyik. Əsas məqsədim yaxşı nəticə qazanmaqdır".

O, "Qəbələ"nin digər futbolçuları - Rövlan Muradov, Murad Musayev və Ülvi İsgəndərovu yığmaya dəvət etməməsinin səbəbini açıqlayıb: "Rövlanın çıxışını qiymətləndirirəm. Özünə də mesaj yazdım ki, səni millidə görmək istəyirəm. Amma tandığım futbolçu olduğu üçün bu dəfə tanımadıqlarıma dəvət göndərdim. Murad Musayev və Ülvi İsgəndərov da yaxşı futbolçulardır. Musayevi viza məsələsinə görə milliyə cəlb edə bilmədik. İsgəndərov maraqlı oyunçudur. Klubunda həmişə əsas heyətdə oynamır. İnanıram ki, vaxtı çatanda millidə olacaq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31