9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi 5 futbolçunu milliyə qaytardı

Uzun müddətdən sonra 5 futbolçu Azərbaycan millisinin heyətinə cəlb olunub.

Futbolxeber.az saytının məlumatına görə, bunlar "Sabah"ın qapıçısı Səlahət Ağayev, "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda, "Neftçi"dən Eddi İsrafilov, Almaniya "Ertsgebirge"sindən Dmitri Nazarov və "Zirə"nin hücumçusu Ağabala Ramazanovdur.

Onlar Malta və Latviyaya qarşı yoldaşlıq matçları üçün dəvət alıb. Oyunçuların hamısı son olaraq 2019-cu ilin noyabrında səfərdə Slovakiyaya 0:2 hesabı ilə uduzduqları AVRO-2020-nin seçmə oyununda komandaya çağırılıb.

Bundan əlavə, Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Mahir Emreli zədə səbəbindən heyətdə yer almayıb. 

Polşanın "Visla" (Plotsk) komandasından Anton Krivotsyuk da yığmanın növbəti oyunlarını buraxacaq. Plotsk təmsilçisi daha əvvəl 24 yaşlı müdafiəçinin millinin toplanışına çağırıldığını açıqlasa da, sonradan onun Polşada qalacağını bildirib. 

Qeyd edək ki, Azərbaycan yığması martın 25-də Malta ilə, 4 gün sonra isə Latviya ilə üz-üzə gələcək. Hər iki görüş Maltadakı Milli Stadionda gerçəkləşəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31