9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

“Qarabağ"dan 40-cı böyük hesablı səfər qələbəsi

“Qarabağ” Azərbaycan çempionatlarında 40-cı böyükhesablı səfər qələbəsini qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın 20-ci turuna təsadüf edib.

“Zirə”ni 3:0 hesabı ilə məğlubiyyətə uğradan Ağdam klubu bunadək 39 dəfə səfərdə üç və ya daha çox top fərqilə qalib gəlmişdi.

“Qarabağ” ölkə çempionatları tarixində rəqib meydanında 418 dəfə qüvvəsini sınayıb. Ağdamlılar qonaq qismində ilk böyükhesablı qələbəsini 1992-ci il iyunun 29-da qazanıb. Həmin gün Kürdəmir “Şirvan”ı ilə qarşılaşan “Qarabağ” üç cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Ağdam təmsilçisi səfərdə 40 və ya daha çox matçda belə qələbə qazanan ikinci komandadır. Yalnız “Neftçi”nin aktivində daha çox böyükhesablı qalibiyyət var.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31