9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Elmar Baxşıyev: “Bu komandaya inanıram, daha yaxşı olacaq”

“Neftçi”ni təbrik edirəm. Bəlkə də komanda olaraq mövsümdə ən zəif oyunumuzu keçirdik. Amma inanıram ki, qarşıdakı matçlarda daha məzmunlu oyun görəcəyik. Çətin rəqiblərdir. Əsas rəqiblərimiz olan bu üç komanda ilə əvvəlki dövrələrdə daha çox xal toplamışdıq. Bir oyun digərindən fərqlənir". 

 

Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu komandaya inanıram, daha yaxşı olacaq. Futbol ehtimalla deyil, əsas yanaşma düzgün olmalıdır. Sərəncamımda olan futbolçular daha yaxşı nəticəyə köklənə bilər. Ilk qolu standartdan, ikincini qapıçının mövqe səhvindən buraxdıq. Sonra toparlanmaq bir az çətin olur. Futbolçunu səhvə görə kəsib atmaq da olmur. Nicatı qazanmalıyıq. O, nə qədər səhv etsə də, ona dəstək göstərəcəyəm. Futbolda səhvsiz mümkün deyil. İnanıram ki, Nicat toparlanacaq və səviyyəsini daha yaxşı göstərəcək” - deyə o bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31