9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Samir Abasov: "Yavaş-yavaş ayağa qalxmağa çalışırıq"

"Futbolçularımı təbrik edirəm. Bu gün bizim üçün önəmli gün idi və qələbə qazanmaq istəyirdik. Yubileydə bu hesabla qalib gəlmək xoşdur. Futbolçularım bəzi məqamları çıxmaq şərtilə hər şeyi düz etdi. Rəqib də yaxşı mübarizə apardı. Seriyamızı davam etdirmək istəyirik. Qarşıda fasilə var. Bu müddətdə zədəlilərimiz də sıraya qayıdacaq".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Qəbələ"yə 4:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın XX tur matçından sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis bildirib ki, milli oyunları ilə bağlı fasilənin komandaya müsbət və ya mənfi təsir oyunlar başlayanda bəlli olacaq: "Milli komandalara çox oyunçumuz gedir. Onların necə qayıdacağı da vacibdir".

O, çempionatın əvvəlində çox əziyyət çəkdiklərini söyləyib: "Bəzi əsas futbolçuların gedişi bizə pis təsir etdi. Yavaş-yavaş ayağa qalxmağa çalışırıq. Məni rotasiyalara görə qınayırlar. Amma limitə düşən uşaqlarımnız oturuşmuş komandann üzvləri deyillər. Məcbur olub 2-3 dəyişikliyə əl atırıq. Bu gənclər müəyyən müddətdən sonra komandanın əsas üzvü olacaqlar. Çox istərdim, çempionat yenidən başlasın. Sabir Buqrin, Mamadu Kane kimi futbolçuların gedişi bizə çətinlik yaratdı. Əminəm ki, bir yerə gəlib çıxacağıq".

Abasov bugünkü görüşdə dubl edən Eddi israfilovun çıxışına da toxunub: "Gəlin, bir qədər geriyə qayıdaq. Necə oldu ki, "ölən" Emin Mahmudov millinin əsas üzvü oldu? Bu sözləri Sabir Buqrin və Mamadu Kane haqqında da demək olar. Sırf bir futbolçunun üzərində çox dayanmaq istəmirəm. İsrafilov potensilanın cəmi 30 faizini göstərir. Ondan daha çox şey gözləyirəm".

Baş məşqçi hazırda Polşanın "Visla" (Plotsk) klubunda çıxş edən Anton Krivotsyukla maraqlanmadılarını vurğulayıb: "Ortada belə məsələ yoxdur. Anton öz klubunu, karyerasını düşünür. Bu barəsində söhbət olmayıb, ona görə də heç nə deyə bilmərəm".

Abasov martın 19-da keçiriləcək "Zirə" - "Qarabağ" matçındakı istənilən nəticənin onların xeyrinə olacağını qeyd edib: "Qarabağ"a çatmaq çətin görünür. Çünki bu mövsüm mükəmməl oynayırlar. Düzdür, xal itirsələr, intriqa hardasa qayıdar. Amma əsas məqsədimiz bugünkü qarşılaşmada qalib gəlmək idi ki, bunu da bacardıq. Biz bu gün digər komandaları "Qarabağ" kimi rahat uda bilmirik. Lakin bunu da bacaracağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31