26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Samir Abasov: “Dediklərimə bircə Çeferin qaldı ki, fikir bildirməsin”

"Oyunun sonlarını çıxmaq şərtilə, matç yorucu idi, maraqlı keçmirdi. Bilmirəm ki, bu, nəyə görə idi. Belə oyunlarda qol vurub rahatlaşmaqdansa, qol buraxıb özünə gəlmək daha yaxşıdır. Matç heç cür xoşuma gəlmədi. Heç-heçə də qeydə alına bilərdi. Son dəqiqələrdə qapımızda ikinci qolu görməyimiz mümkün idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov  Premyer Liqanın 5-ci turunda səfərdə "Sabah"a  2:1 hesabı ilə qalib gəldikləri  oyundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, səfərdən 3 xalla dönmək vacibdir: "Əvvəllər olduğu kimi, gərgin matç görmədim. Mənim üçün darıxdırıcı qarşılaşma idi. Lakin yolun əvvəlindəyik. Xoş haldır ki, udub gedirik. Pis oyunlar olmur, alınmayan oyunları, uduzmağı belə gözümüzə almışıq. Çünki yeni və gənc futbolçularımız çoxdur. Onların sistemə gəlib çatmaları üçün vaxt lazımdır. Bu gün həddindən artıq top ötürmələri edirdik. Əsas odur ki, bütün futbolçularımız sağlamdır. Onları belə matçlarla formaya gətiririk".

Yeni transferlərin hələ 90 dəqiqə oynama gücündə olmadığını söyləyən Abasov bu çatışmazlıqları get-gedə aradan qaldıracaqlarını söyləyib. Onun sözlərinə görə, Voislav Stankoviçin milliləşdirilməsinin hələ gündəmdə deyil: "Filip Ozobiçin milliləşdirilməsindən sonra Stankoviç "Mən niyə yox?" söylədi. Mənim limitlə bağlı fikirlərimdən sonra bircə UEFA prezidenti Aleksander Çeferin qaldı ki, fikir bildirməsin. PFL prezidenti Ramin Musayev, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovdan fikir soruşmaq pis deyil ki... Hərə öz fikirlərində bir arqument gətirməlidir. Siz onların dedikləri sözlərdən sonra "Mən də belə deyim" söyləyənlərdən çəkinin".

Kapitan Emin Mahmudovun oyunun sonlarında ayağından zərbə aldıqdan sonra ayağını çəkməyə başladığını deyən baş məşqçi hələlik onun durumundan xəbərsiz olduğunu da əlavə edib (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30