26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qarabağ"ın legioneri: "Azərbaycanlılar Ronaldunun oynayacağını gözləyirdilər"

"Azərbaycanlılar Kriştianu Ronaldunun bu matçda meydanda olacağını gözləyirdilər. Ronaldu olmasa da, Portuqaliyanın başqa istedadlı oyunçuları var".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan və Portuqaliya milli komandaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu barədə açıqlamasında deyib.

28 yaşlı kolumbiyalı müdafiəçi Portuqaliya yığmasının heyətində Brunu Fernandeşin möhtəşəm oynadığını bildirib: "Onu həmişə çox bəyənmişəm. Diequ Jota kimi bir neçə ulduz oyunçu da qarşılaşmaya təsir edə bilir. Portuqaliyada çox yüksək səviyyəli futbolçular var. Mən ikisi haqqında danışdım, amma qapıçı da daxil olmaqla digər 9 nəfəri də qeyd edə bilərəm. Ehtiyat oyunçuları da yaxşıdır, çünki meydana kim girsə, eyni səviyyədə iş görəcək".

Medina Azərbaycan millisinin də inkişaf etdiyini sözlərinə əlavə edib: "Artıq ölkənin Türkiyə və Polşa kimi keyfiyyətli çempionatlarda çıxış edən futbolçuları mövcuddur. Yığmada bir neçə yaxşı oyunçu da var. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçilər Emin Mahmudovla Qara Qarayev və hücumçu Mahir Emrelinin adını çəkə bilərəm. Onlar Portuqaliya üçün təhlükə yarada bilərlər".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya görüşü saat 20:00-da başlayacaq. Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında Portuqaliyanın "Şaveş" klubundan keçib ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30