27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

De Byazi: “Futbolçularıma inanıram”

“Sabah qrupda 3-cü oyunumuzu keçirəcəyik. Çox vacib qarşılaşmadır. İlk iki oyunumuz qrupun ən güclü komandalarına qarşı olub”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi sabah DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis bildirib ki, komandası yaxşı oyun nümayiş etdirəcək: “Sabah meydana ən yaxşı və ən hazırlıqlı futbolçular çıxacaq. Az müddətdə 3 vacib görüş keçirəcəyik. Əlimizdən gələni edəcəyik. Fikirləşirəm ki, yaxşı oyun nümayiş etdirəcəyik”.

De Byazi futbolçularına inandığını qeyd edib: “Bir gündə hər şeyi dəyişmək olmaz. Yaxşı kollektivimiz var. Futbolçularıma inanıram. Komandamız getdikcə daha da inkişaf edir. Komanda meydanda xarakter göstərsə, qalib gələ bilərik. Rəqibin heyətində xeyli sayda legioner var. Gözəl meydançada oynayacağıq. İnanıram ki, qalib gələn tərəf biz olacağıq".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30