27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Rüstəm Əhmədzadə: "İrlandiya və Portuqaliya ilə oyunları səbirsizliklə gözləyirəm"

“Baş məşqçimiz güclü rəqibə qarşı mübarizə aparmağı, kompakt şəkildə hərəkət eməyi və rəqibin cinahlardan ötürmələrlə müdafiəmizi yarmağa imkan verməməyimizi tapşırmışdı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Ukraynanın “Kolos” klubunda çıxış edən azərbaycanlı futbolçu Rüstəm Əhmədzadə “Sport.ua”ya açıqlamasında bildirib.

Ukrayna Premyer Liqasının 6-cı turunda Donetsk “Şaxtyor”u ilə görüşdə (1:1) komandasını məğlubiyyətdən xilas edən qolu vuran millimizin üzvü bu barədə fikirlərini bölüşüb. O, bu vacib qolu anasına həsr etdiyini bildirib: “Fikrimcə, güclü sınaqdan keçdik və heç-heçə üçün əlimizdən gələni etdik. Ədalət naminə rəqibin matçın 18-ci dəqiqəsindən azlıqda qalmasını da deməliyik.

Əlbəttə, Premyer Liqada bu mövsüm qol hesabımı açmaqdan çox məmnunam. Xüsusən də bunu Ukraynanın möhtəşəm bir komandasına qarşı oyunda etdiyim üçün şadam. Bu qolu anama həsr edirəm. İkinci isə atam üçün olacaq. Onlar mənim ən sadiq azarkeşlərimdir.

Bu qolun Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla oyununda vurulmasının əleyhinə deyiləm".

20 yaşlı hücumçu millimizin qarşıdakı görüşləri haqda da danışıb: “Sabah Lvovdan Almaniyanın Frankfurt şəhərinə yola düşəcəm. Oradan isə Lüksemburqa – matçın keçiriləcəyi şəhərə yollanacağam. Sonra bizi daha iki vacib görüş - İrlandiya və Portuqaliya ilə matç gözləyir. Bu qarşılaşamaları səbirzliklə gözləyirəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30