27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Aberdin"in kapitanı: "Qarabağ" fantastik oynadı"

"Bizi daha yaxşı komanda məğlub etdi. Gözəl futbol oynadılar və bu, bizim günümüz deyildi. İstədiyimiz kimi yaxşı oynaya bilmədik. Rəqib isə hər iki matçda fantastik çıxış etdi. Ən yaxşı komanda qrup mərhələsinə yüksəldi".

Futbolxeber.az saytının məumatına görə, bu sözləri "Aberdin"inin kapitanı Skott Braun Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları cavab oyunu barədə danışarkən deyib.

O bildirib ki, ilk qoldan sonra komanda üçün çətin olub: "Bacardığımız qədər yaxşı oynamağa və rəqib qapısı qarşısında qol epizodları yaratmağa çalışsaq da, bizdə heç nə alınmadı. Qonaqlar ilk qolu vurduqdan sonra həm azarkeşlərimizin dəstəyi, həm də oyunumuzdakı sürət azaldı. Məğlubiyyəti qəbul etmək ağırdır. Amma  bu da təcrübədir".

Braunun sözlərinə görə, "Qarabağ"ın səviyyəsinə çatmaq üçün çox çalışmalıdırlar: "İki komanda arasındakı böyük fərqi hamı gördü. "Qarabağ" əla təşkilatlanmış klubdur. Heyətində yaxşı oyunçular var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30