27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Qurban Qurbanov: “Bu dəfə qrupa düşmək bizim üçün heç də asan deyildi”

"İlk olaraq, futbolçularımı təbrik etmək istəyirəm. Ağır yol gəlmişik. Konfrans Liqasında hər üç rəqibə qarşı oyunlar asan keçməyib, amma uğurlu alınıb".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şotlandiyada "Aberdin"i 3:1 hesabı ilə məğlub etdikləri Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasından sonra Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

49 yaşlı mütəxəssis səfərdəki matçın final oyununa bərabər olduğunu söyləyib: "Bu görüşdə az səhv etməli idik. Oyunçular bunu bacardılar və 90 dəqiqə diqqətli oldular. Düşünürəm ki, onlar bu qələbəyə layiq idilər. Azarkeşləri və bütün azərbaycanlıları təbrik edirəm. Ən azından bir neçə komanda yenə bizim ölkəmizə gələcək və avrokubok həyəcanı Bakıda olacaq. Buna görə sevinirəm".

Qurbanov 7 ildən sonra avrokuboklara çempion kimi yollanmamalarına da münasibət bildirib: "Həmişə Allahdan xeyirlisini istəmişəm. Çempion olmadığımıza görə çox üzülürdük. Bu dəfə qrupa düşmək bizim üçün heç də asan deyildi. Çempion olmamışdıq və qrupa düşməsəydik, bəlkə bizə fərqli gözlə baxardılar və güvən azalardı. Amma xeyli peşəkarlaşmışıq. Bu, həm kluba, məşqçilər heyətinə, həm də futbolçulara aiddir. İdmanda daimi qalibiyyət yoxdur. Hardasa məğlub olmalıyıq. Bunu dünyanın güclü klublarında və milli komandalarda görmüşük. Sadəcə, həmişə işimizi doğru, düzgün yerinə yetirməyə və uğur olmayanda isə ondan nəticə çıxarmağa çalışmışıq. Hər məğlubiyyət bir müddət təsir edir. Amma sonra bütün komanda, kollektiv və klub olaraq özümüzü ələ aldıq və belə turnirə hazırlaşdıq. Hansı turnirdə iştirak etməyimizdən asılı olmayaraq, həmin yarışda ən yaxşısını etməyə çalışmışıq. Qrupa düşməyi bacardıq. Bir neçə gün istirahətdən sonra gələcək planlarımızı quracağıq".

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30