27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Harramiz: "Bakıya qələbə ilə qayıtmaq istəyirik"

"Sabah bizi çətin oyun gözləyir. İlk matçda rəqibə 3 qol vurmuşuqsa, burada da bunu bacara bilərik. Buraya məğlub olmağa gəlməmişik. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, Bakıya qələbə ilə qayıtmaq istəyirik".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Harramiz Soareş İsraildə "Makkabi" (Hayfa) klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

San-Tome və Prinsipidən olan hücumçu bildirib ki, bundan əvvəlki komandalarda fərqli sistemdə oynamağa öyrəşib: "Daha çox sağ və sol cinah yarımmüdafiəçisi, həmçinin hücumçu kimi çıxış edirdim. Bununla belə, baş məşqçinin etimadını doğrultmağa çalışıram. Mənim üçün önəmli olan komandaya xeyir verməkdir".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30