27 Aprel 2024, Şənbə
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Neftçi" ilə oyun bizim üçün çox vacibdir"

"Bu, həm bizim, həm də klub üçün vacib oyundur. Qrup mərhələsinə yüksəlmək üçün yaxşı imkanımız var".

Futbolxeber.az saytının məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun futbolçusu Boqdan Planiç evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

Serbiyalı müdafiəçi Bakıdakı birinci qarşılaşmanın ilk hissəsində yaxşı təsir bağışladıqlarını bildirib: "Ümid edirəm ki, cavab görüşündə də inamlı oynayacağıq və bu, qələbə üçün kifayət edəcək".

Uzun müddətdir avrokuboklarda oynamaqdıqlarını xatırladan 29 yaşlı futbolçu sindromu qırmaq üçün əla fürsət yaxaldıqlarını söyləyib: "Yaxşı kollektivimiz var. Yenidən tarix yaza bilərik. Hələ mövsümün əvvəlində öz aramızda bu barədə danışmışdıq. Beynəlxalq arenaya qayıtmağı çox istəyirik".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3 (Report).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30