27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Makkabi"nin baş məşqçisi: "Neftçi"ni keçib tarixə düşməliyik"

"Rəqibin evdəki kimi yaxşı oynayacağına şübhə etmirəm. Müdafiədəki oyunumuzu daha da təkmilləşdirməliyik".

Futbolxeber.az saytının məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun baş məşqçisi Barak Baxar evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu öncəsi mətbuat konfransında deyib.

42 yaşlı mütəxəssis bildirib ki, komandada hər kəs matçın önəmini dərk edir: "Uğurlu nəticə qazanmalı və tarixə düşməliyik. Hər an oynamağa hazır olan 8 müdafiəçimiz var. Bu və ya digər səbəbdən məcburi rotasiya etdikdə səhvlər qaçılmaz olur. Amma bu, daha çox müdafiə xətti ilə bağlıdır".

Onun sözlərinə görə, müdafiədə "Hapoel" (Təl-Əviv) komandasın qarşı oynadıqları kimi çıxış etməlidirlər: "İsraildə rəqib komandaları qiymətləmndirməmək adətdir. Hədəfimiz birinci matçın ilk hissəsindəki oyunumuzun müddətini daha da artırmaqdır. Məsələni 90 dəqiqədə həll etmək istəyirik".

Qeyd edək ki, avqustun 26-da "Sammi Ofer" stadionunda keçiriləcək "Makkabi" - "Neftçi" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk qarşılaşmada heç-heçə qeydə alınıb - 3:3 (Report).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30