27 Aprel 2024, Şənbə
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Mahir Emreli: "Legiya" "Qarabağ"la qarşılaşsa...”

“Tomaşla hansısa bir qolu qeyd etmək istəyirdim, amma son oyundakı kimi olacağını planlaşdırmamışdım”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Polşanın “Legiya” klubunda çıxış edən millimizin üzvü Mahir Emreli deyib.

Avropa Liqasının pley-off mərhələsinin “Slaviya” (Praqa) ilə keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında çıxış edən 25 yaşlı hücumçu əvvəlcə Çexiya klubu ilə ilk görüşdə komanda yoldaşı Tomaş Pekharta etdiyi jest haqda danışıb:

“Bu, xüsusən Tomaş üçün əhəmiyyətli bir oyun idi. Həqiqətən də keçmiş klubu ilə həmin oyunda oynamaq istəyirdi. Zədəsi üzündən meydana çıxa bilmədi. Onun necə kədərləndiyini gördüm. Mən onu başa düşürəm. Sabah “Legiya” "Qarabağ"la oynasa, mən də dəlicəsinə meydanda olmaq istəyərəm. Baş məşqçimiz "Slaviya" ilə sabahkı görüşdə Tomaşı start heyətdə meydana buraxsa, mənim üçün heç bir problem olmayacaq. Bu qərarı başa düşəcəyəm”.

Mahir Emreli hücumçunun qol vurmasının ən vacib şey olmadığını bildirib: "Anlayıram ki, hücumçu qol vurmalıdır, amma fikrimcə, bu həmişə ən vacib şey deyil. Ən əsası komandamın qələbəsidir. Məsələn, Olivye Jiru dünya çempionatında qol vurmadı, amma Fransa çempionluğu qazandı. Həmin vaxt Jiru da milli komanda üçün əsas fiqur oldu. Fikrimcə, bugünkü futbolda hücumçunun vəzifələri qol vurmaqla bitmir”.

M.Emreli mətbuat konfransında zarafatından da qalmayıb: “Məşqçimiz yanımda oturanda taktika haqqında danışmaq mənim üçün çətin olur (gülür). Yeni parametrləri öyrənməyə çalışıram. Məşqçi harada istəsə, orada oynayacağam. Hər məşq zamanı taktika öyrənirik və hər həftə özümüzü daha yaxşı hiss edirik”.

Millimizin hücumçusu Polşada yaxşı həyat keçirdiyini də qeyd edib: “Polşa mahnılarını çox sevirəm. Xüsusən Lady Pank (gülür). “Qarabağ”da oynayanda dostum Yakub Jezniçak hər karaokedə “Kryzysową narzeczoną”nı oxuduğu üçün bu mahnını onun sayəsində öyrəndim (gülür). Komandadakı hər kəs burada özümü yaxşı hiss etdiyimi görə bilər. Varşavada səmimi insanlar çoxdur. Özümü burda əla hiss edirəm".

M.Emreli sonda Azərbaycan və Polşa çempionatlarını müqayisə edib: “Azərbaycan çempionatında yalnız bir rəqibimiz var idi. Polşada hər matç ağır keçir. Müdafiəçilər aqressiv oynayır, hər top üçün mübarizə aparırlar, fiziki cəhətdən çox hazırlıqlıdırlar. İndi kimin ölkə çempionu olacağını söyləmək çətindir, ekstraklassa çox rəqabətli bir yarışdır”.

Xatırladaq ki, avqustun 26-da keçiriləcək "Legiya" - "Slaviya" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Mahir Emreli Çexiyadakı ilk matçda (2:2) baxımlı qolla yadda qalıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30