27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Aberdin"in üzvü: "Qarabağ" yaxşı komandadır”

"Avrokubokların qrup mərhələsinə bu qədər yaxın olmağımızdan 14 il keçib. Buna görə bizi hansı təhlükənin gözlədiyini bilirik. Səfərdə 0:1 hesabı ilə məğlub olduq. Amma şərtləri nəzərə alsaq, nəticədən məmnunuq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Şotlandiya "Aberdin"in futbolçusu Funso Oyo Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunundan əvvəl deyib.

O, Bakıdakı ilk matçda havanın çox isti, meydanın isə pis vəziyyətdə olduğunu bildirib: "Qarabağ" yaxşı komandadır. Klub prezidenti və azarkeşlər bizdən yaxşı nəticə istəyir. Evdə azarkeşlərimizin qarşısında oynayacağıq. Düşünürəm ki, tribunalarda izdiham olacaq. Futbol bacarıqlarımızı ortaya qoyaraq istəyimizə nail olacağıq".

Qeyd edək ki, avqustun 26-da keçiriləcək "Aberdin" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında ilk oyunda Ağdam təmsilçisi 1:0 hesabı ilə qalib gəlib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30