27 Aprel 2024, Şənbə
İnfantino "Qarabağ"ı təbrik edib
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub

Ölkə futbolu

Mahir Emreli: "Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi"

"Komandalardan biri daha çox topla oynamaq istəyirdi, digəri isə əsasən müdafiəyə yönəlmişdi. Rəqibin hücumlarından sonra öz fürsətimizi gözlədik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Çexiyada "Slaviya" ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu barədə danışarkən deyib.

24 yaşlı hücumçu iki dəfə rəqib qapısına yol tapmalarından məmnunluq ifadə edib: "Matç son dərəcə maraqlı alındı. Varşavada qələbə qazanmaq üçün hər şeyi etməliyik".

Emreli Avropa Liqasında ilk dəfə fərqləndiyini vurğulayıb: "Daha əvvəl bu turnirdə qol vurmamışam. Avropa Liqasında qol vurmaq mənim üçün çox vacib idi. Bugünkü qarşılaşma da eyni dərəcədə vacibdir. Qarşıda cavab görüşümüz var. Hamımız oyuna 100 faiz köklənməliyik. Hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün uzun müddət gözləyib. Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparmalıyıq, amma bizim üçün çətin olacaq. Növbəti qarşılaşmaya yaxşı hazırlaşmaq, bugünkü oyunu təhlil etmək və nəyi səhv etdiyimizi görmək istəyirik. Hamımız bir-birimizi motivasiya etməliyik".

Forvard Polşadakı matçın asan olmayacağını sözlərinə əlavə edib: "Bu gün oyunun necə keçdiyini gördük. Cavab görüşü də çətin olacaq. İnanıram ki, Avropa Liqasının qrup mərhələsinə yüksələ biləcəyik".

Qeyd edək ki, Mahir Emreli 20-ci dəqiqədə "Legiya"nın görüşdəki ilk qolunun müəllifi olub. Komandalar arasındakı cavab matçı avqustun 26-da olacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30