27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

"Makkabi"nin baş məşqçisi: "Bu nəticə bizi qane edir"

“Oyuna yaxşı başladıq. Sonra üç qol buraxdıq. Şadam ki, 1:3-dən geri dönə bildik və heç-heçəyə nail olduq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Makkabi”nin (Hayfa, İsrail) baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsinin “Neftçi” ilə ilk görüşündən (3:3) sonra mətbuat konfransında deyib.

O, Bakıdakı nəticənin onları qane etdiyini bildirib: "Bir həftədən sonra cavab görüşü keçiriləcək. Biz doğma azarkeşlərimiz önündə oynayacağıq. “Neftçi” güclü komandadır və eyni səviyyəli rəqiblər oynayırdı. Rəqibin ilk qolu gözəl alındı. Sonra ruhlanıb daha iki qol vurdular. Bu nəticə bizi qane edir”.

Barak Baxar “Neftçi”nin cəmi 17 dəqiqədə oyunu dəyişdiyini bildirib: “Sabir Buqrin Mərakeş yığmasına çağırılıbsa, yaxşı oyunçudur. Yusuf Laval da yaxşı futbol göstərdi. Emin Mahmudovu da fərqləndirərdim. “Neftçi” 17 dəqiqə ərzində oyunu dəyişib üç qol vurdu. Həmin dəqiqələrdə meydanda bir komanda var idi. Amma sonradan oyunun axarı yenə dəyişdi. Əsas məqsədimiz qrupa çıxmaqdır. Hər şeyə hazırıq. Cavab görüşündə nə biz dincələcəyik, nə də “Neftçi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30