27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

“Bizdə həvəskar səviyyədə olan komandalar belə meydançada oynayır”

“Bu cür meydançada oyun sərgiləmək çətindir”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Aberdin”in baş məşqçisi Stefen Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a Bakıda uduzduqları (0:1) oyundan sonra mətbuat konfransında deyib.

- Dünən demişdiniz ki, “Qarabağ”dan çəkinmirsiniz. Bugünkü məğlubiyyətdən sonra rəqibdən qorxursunuz?

- Dünən də dediyim kimi, “Qarabağ”a hörmətlə yanaşırıq. Növbəti həftə tam fərqli matç olacaq. Hər iki komanda gözəl oyun göstərəcək.

- Meydança amili daha çox “Qarabağ”a, yoxsa “Aberdin”ə mane oldu?

- Hər iki komandaya təsir etdi. “Qarabağ”ın daha yaxşı meydanda bundan da baxımlı oyun göstərdiyini bilirəm.

- Oyundan əvvəl “Aberdin” rəsmisi bildirmişdi ki, belə meydançadan həvəskarlar liqasında yararlanır...

- Bu, həqiqətə yaxındır. Bizdə həvəskar səviyyədə olan komandalar belə meydançada oynayır. Amma bu, hər iki komanda üçün bir səbəb deyil. Hər iki komanda daha yaxşı meydançada daha gözəl oyun göstərə bilər.

- Bu məğlubiyyətdən sonra şansları necə görürsünüz?

- “Qarabağ”ın gücünə bələdik. Amma bu, duelin ilk hissəsidir. “Qarabağ” növbəti həftə Şotlandiyaya səfər edəcək. Uzun yol gedəcək, onların öyrəşmədiyi mühit olacaq. Bu baxımdan şansları yarı-yarıya hesab edirəm.

- Oyunda sarı vərəqə aldınız. Hakimin bu qərarı ilə razısınız?

- Təbii ki, razı deyiləm. Hakimə etirazımı bildirdim. Zədələnən vaxt oyunçumuzu meydandan kənara çıxardılar. Hakimdən bunun səbəbini soruşdum. Cavabı belə oldu ki, həkim müdaxiləsi uzun çəkdi, bu üzdən kənara çıxmalıdır.

- Yaxşı oynamağınıza “Qarabağ” mane oldu, yoxsa ot örtüyü?

- Hər iki amili qeyd etmək istərdim. “Qarabağ” bura daha çox uyğunlaşıb. İkinci hissədə daha yaxşı oynadıq. Qələbə qazanmaq, bərabərlik topunu vurmaq istəyirdik. Düşünürəm ki, ortabab komanda olsaydıq, bu “Qarabağ”a 0:4 hesabı ilə də uduzardıq.

- Cavab oyunu ilə bağlı hansı planlarınız olacaq?

- Bazar günü oyunumuz olacaq. “Qarabağ”ı öncədən təhlil etmişik. Bu gün daha çox atletik oyun oldu. Çox futbolçu sarı vərəqə aldı. Növbəti matçda Patrik Andrade iştirak etməyəcək (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30