9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Aftandil Hacıyev: “Rəhbərlik qələbəmizin qiymətləndiriləcəyinə söz verib”

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 1-ci turunda səfərdə "Sabah"a 1:0 hesabı ilə qalib gəldikləri görüş haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, oyun sonrası mətbuat konfransında deyib:

"Maraqlı oyun alındı. "Sabah"la səfər matçının ağır olacağını bilirdik. Heyətimizə yeni oyunçular cəlb etmişik. Hələ tam komplektləşməmişik. Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları düzgün yerinə yetirməyə çalışdılar. Bu oyunu unudub, növbəti matça köklənməliyik".

A.Hacıyev qələbəyə görə mükafat olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: "Rəhbərlik bu qələbəmizin qiymətləndiriləcəyinə söz verib. Böyük məbləğ olmasa da, mükafat olacaq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31