9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Neftçi"nin oyunu fransızlara, “Qarabağ”ın görüşü sloveniyalılara tapşırıldı

“Qarabağ” və “Neftçi”nin Konfrans Liqasının pley-off mərhələsindəki ilk oyununun hakimləri açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, avqustun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilcək "Qarabağ" - “Aberdin” (Şotlandiya) görüşünü Sloveniyadan olan hakimlər idarə edəcək. Matçı Rade Obrenoviç idarə edəcək. Ona yan xətdə Yure Praprotnik və Aleksandar Kasapoviç kömək edəcək. Dördüncü hakim Asmir Saqrkoviç olacaq.

Eyni gündə "Bakcell Arena”da keçiriləcək “Neftçi” - "Makkabi" (Hayfa, İsrail) oyununu isə fransalı Delayod Uilli idarə edəcək. Onun köməkçiləri Mehdi Rahmouni və Edvin Kristof Finyean olacaq. Tomas Leonard isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ"ın oyunu saat 20:00, "Neftçi"nin matçı isə saat 21:00-da başlayacaq. Cavab oyunları avqustun 26-da olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31