8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Aberdin”in baş məşqçisi: “Bakıdan sərfəli nəticə ilə geri dönməliyik”

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Aberdin” (Şotlandiya) klubunun baş məşqçisi Stiven Qlass Ağdam təmsilçisi ilə keçiriləcək görüşlər haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 45 yaşlı mütəxəssis 3-cü təsnifat mərhələsinin "Breydablik"lə (İslandiya) cavab matçından sonra pley-off görüşləri barədə fikirlərini bölüşüb. Şotlandiyalı mütəxəssis Bakı səfərindən qələbə ilə qayıtmaq istədiklərini bildirib:

“Qarabağ”la ilk matçı səfərdə keçirəcəyik. Sərfəli nəticə ilə geri dönməliyik. Məqsədimiz orada qələbə qazanmaq olacaq. Sonra növbəti cümə axşamı gecəsi burada böyük azarkeş dəstəyi ilə qrup mərhələsinə düşməyə çalışan qətiyyətli bir komanda görəcəksiniz”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 19-da Bakıda, cavab görüşü isə avqustun 26-da Aberdində keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31