27 Aprel 2024, Şənbə
32-ci turun hakim təyinatları
İnfantino "Qarabağ"ı təbrik edib
Millimiz Monteneqronu məğlub edib
Hidayətdən 4-cü Avropa çempionluğu

Ölkə futbolu

Son qərar: "Olimpiakos" - "Neftçi" oyunu azarkeşlərlə keçiriləcək

Yunanıstanda "Olimpiakos" ilə "Neftçi" arasındakı UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu azarkeşlərlə keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Pirey təmsilçisinin mətbuat xidmətinin rəhbəri Nikos Qavalas açıqlama verib.

Onun sözlərinə görə, biletlər növbəti həftənin ilk günündən satışa çıxarılacaq: "Hələlik bilet sayı barədə dəqiq məlumat yoxdur. Düzdür, protokolda stadionun ümumi azarkeş tutumunun 80 faizi qədər göstərilib. Amma indiki məqamda dəqiq rəqəm deyə bilməyəcəyəm. Stadiona yalnız vaksin olunmuş şəxslər buraxılacaqlar".

Qeyd edək ki, iyulun 21-də "Georgios Karaiskakis" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Arenanın ümumi azarkeş tutumu 32 115 nəfərdir (“Report”).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30