Ölkə futbolu
Samir Abasov: “Çox oyunçuya ehtiyacımız var”
“Sabah bizim üçün çox xoş gün olacaq. Azarkeşlərimizin tribunalara qayıtmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Həm futbolçularımızın, həm də azarkeşlərimizin adından çox sağ ol deyirəm. Bizim üçün möhtəşəm addımdır”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda Tbilisi “Dinamo”suna qarşı keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
- Oyunun gərginliyi artıq hiss olunur. İndidən hansı ajiotajda oynayacağımızı hiss edirik. Rəqib necə hazırlıqlı komanda olduqlarını göstərdi. Gürcüstanda çempionat davam edir. Mövsümün ortası olduğu üçün "Dinamo" tam hazırdır. Bunu Gürcüstandakı matçda hiss etdik. Oradan yaxşı nəticə ilə qayıtdıq. Amma nəticə ilə oyunumuz üst-üstə düşmədi. Artıq səfər qolu da aradan götürülüb. Buna arxalanıb sistemdə hansısa gedişlər edə bilərlər. Amma biz sırf oyunumuza arxalanacağıq.
- "Neftçi" ilk oyunda tam istədiyi kimi oynaya bilmədi. Bunun səbəbi nə idi?
- İstənilən oyunçunun gedişi komandaya təsir edir. Sabahkı oyuna qədər bəzi bəhanələr keçərlidir. Oyunun içində bəzi anlarda cinah müdafiəçilərimiz matçdan qopdular. Harramiz ilk dəfə o mövqedə oynayırdı. Düzdür, qələbə qazandıq, amma bu qələbənin ləzzətini ala bilmədik. Sabah oyunumuzu dəyişməliyik.
- Transferlərlə bağlı nə yeniliklər var?
- Transfer məsələsi çox çətin gedir. Nələr baş verir, nəsə deməyə çətinlik çəkirəm. Həddən artıq çox oyunçuya ehtiyacımız var. Xüsusən də, Çempionlar Liqası üçün çox mövqelər güclənməlidir. İndiki durum xoş hal deyil.
- Pul yoxdur, yoxsa futbolçular gəlmir?
- Pulun olub-olmadığı barədə cavab verə bilmərəm. Çünki pulu ayıran mən deyiləm. Amma bəzi oyunçularla danışıq aparmaq istəyəndə, səni "iqnor" edir, danışmaq istəmir. Transferlərlə bağlı bəzi düşüncələrim var. Çox əziyyət çəkirik. Oyunçu götürməkdə daha qətiyyətli olmalı, istədiyimiz futbolçuları almaq gücündə olmalıyıq. Onun yaxşı çıxıb-çıxmayacağını zamanın öhdəsinə buraxaq. Amma onları almaq gücündə olmalıyıq.
- "Qarabağ" son illər avrokuboklarda qrup mərhələsinə düşmək ənənəsini qoyub. Hazırkı "Neftçi" bu ənənəni davam etdirə bilərmi?
- Hazırkı "Neftçi" çox yaxşı vəziyyətdə deyil. Çempionlar Liqası bir röyadır. Ola da bilər. Amma olmamaq ehtimalı yüksəkdir. Avropa Liqası və ya Konfrans Liqası bu mərhələdə atdığımız addımdan asılı olacaq. Bütün bunlar transferlərdən asılıdır.
- Kaxaber Sxadadze iddialı açıqlama verdi, "Neftçi"ni keçmək gücündə olduqlarını söylədi. Bəs sizin həmkarınıza cavabınız nə olardı?
- Konkret deyirsən ki, dava edək (gülür). Cavabı sabah görərik.
- Deyirsiniz ki, gərginlik var. Bunun futbolçulara sirayət etdiyini düşünmürsüz?
- Dünənə qədər azarkeş yox idi, amma indi fərqlidir. "Forza"mız gələcək, futbolçuların dostları stadionda olacaq. Mən düşünürəm ki, bu gərginlik yaxşı haldır. Ən azı oyunçular məsuliyyət hiss edirlər.
- Müdafiə xəttində yerdəyişmə etmək fikriniz varmı?
- Müdafiənin mərkəzi təhlükəli mövqedir. Son Avropa çempionatında İtaliya yığmasını gördünüz. O cür təcrübəli oyunçular baş çıxarmaqda çətinlik çəkirlər. Biz əlimizdə olan bütün futbolçuları oynadırıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib