9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Sxadadze: "Artıq “Neftçi”nin zəif tərəflərini bilirik"

“Çoxdandır Bakıda olmuram. Azərbaycanda uzun müddət çalışmışam. Bakı mənim üçün ən gözəl şəhərlərdən biridir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Tbilisi “Dinamo”sunun baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin “Neftçi” ilə Bakıda keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

- İlk oyun çox çətin oldu. Bilirəm ki, sabahkı matç da belə olacaq. Hər biriniz oyundan həzz alacaqsınız. Sabahkı oyunun daha çətin olacağını əminliklə deyə bilərəm. Çünki ilk oyunda komandalar bir-birinin zəif tərəflərini gördü. Sabah komandalar bu zəif tərəflərdən istifadə edəcəklər.

- 6 ildir Bakıdan çıxmısınız. Paytaxtımızda hansı dəyişiklikləri gördünüz?

- Sözsüz ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Təbii ki, mən bu dəfə daha böyük və gözəl Bakı gördüm.

- “Neftçi” təcrübə baxımından “Dinamo”dan üstün sayıla bilər. Hesab da rəqibin xeyrinədir. Bəs “Dinamo”nun hansı üstünlüyünü söyləmək olar?

- Mən deyə bilmərəm ki, “Neftçi” bizim komandadan üstündür. Rəqib komandanın qapıçısı 8 qolumuzun qarşısını aldı. İki böyük səhvə yol verdik. Bu da məğlubiyyətimizə səbəb oldu. Sabah oyun daha gərgin keçəcək. İlk oyundakı səhvlərə yol verməyəcəyik. Biz artıq “Neftçi”nin zəif tərəflərini bilirik.

- UEFA səfər qolunu ləğv edib. Bu qərar indiki vəziyyətdə “Dinamo”ya necə təsir edə bilər?

- Burada bir problem görmürəm. Bizim qələbə çalmağa ümidimiz var. Bunu əminliklə deyə bilərəm.

- İlk oyunda “Neftçi”nin qarşısını ala bilmədinizsə, səhvlərə yol verdinizsə, hesabda 1:2 geridə olduğunuz halda rəqiblə necə bacaracaqsınız?

- Təbii ki, biz “Nefçi”nin zəif olduğunu demirik. Əlbəttə,“Neftçi” çox güclü komandadır. Amma ilk oyundakı məğlubiyyətimiz “Neftçi”nin güclü olmasından yox, bizim səhvlərimiz səbəbindən oldu. Sabahkı oyunda bu səhvlərə yol verməməyə çalışacağıq.

- Sabah oyunun keçiriləcəyi "Bakcell Arena" xatirinizdə necə qalıb?

- Çox tamaşaçı yerləşməsə də, futbol üçün ən komfortlu stadionlardan biridir. Bu stadion sırf futbol üçün nəzərdə tutulub. Çox stadionda olmuşam. Amma beləsini görməmişəm. Arena binaların arasında yerləşdiyindən futbolçular özlərini tam olaraq evlərindəki kimi hiss edirlər.

- Dediniz “Neftçi”nin zəif tərəflərini bilirik. Maraqlıdır, “Neftçi”nin zəif tərəfləri hansılardır?

- Biz rəqibin səhvlərini gördüyümüz kimi, onlar da bizim çatışmazlığımızı bildi. Təbii ki, sabah komandalar bundan istifadə etməyə çalışacaqlar. Buna görə də mən bu barədə danışmaq istəmirəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31