9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Mahir Emreli: “Tam fərqli hiss yaşayıram”

“Yoxlama oyunlarında qollar vurmuşdum. Amma rəsmi oyunlarda tam fərqli hiss yaşayıram. Çox məmnunam".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Legiya”nın futbolçusu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.

Yeni klubunda rəsmi debütünü Çempionlar Liqasında "Bodo Qlimt”lə (Norveç) səfər görüşündə edən Azərbaycan millisinin hücumçusu dublla yadda qalıb.

Emreli cavab matçında daha yaxşı oynayacaqlarını bildirib: “Şadam ki, bunu bacardım. İndi biz bu oyunu unutmalıyıq və öz stadionumuzdakı cavab görüşünə hazır olmalıyıq. Ümid edirəm ki, Varşavada daha yaxşı oyun göstərəcəyik.

Oyunun nəticəsinin ədalətli olub-olmadığını demək çətindir. Hər iki komandanın imkanları oldu. Rəqib doğma meydana daha yaxşı bələd idi. Bəlkə də ona görə topa daha çox nəzarət edirdi. Cavab oyununda ab-hava və şərtlər tam fərqli olacaq. Bu, ağır oyun olacaq. Biz daha hazırlıqlı olmalı və var gücümüzlə çalışmalıyıq”.

Qeyd edək ki, Mahir Emreli 3:2 hesabı ilə qalib gəldikləri görüşdə 41 və 61-ci dəqiqələrdə fərqlənib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31