8 May 2024, Çərşənbə
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Legiya"nın baş məşqçisi: "Mahirin liqanın ulduzu olma potensialı var"

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubunun baş məşqçisi Çeslav Mixneviç yerli mətbuata müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, 51 yaşlı mütəxəssis yeni transfer Mahir Emreli ilə bağlı da danışıb.

O, "Mahir Emrelinin liqanın ulduzu olma potensialı varmı?" sualını belə cavablandırıb: "Kaş ki, olsun. Bunun üçün potensialı var. Amma bu liqaya çox sayda potensiallı oyunçu gəlsə də, heç də hamısı uğurlu ola bilməyib. Onun yaxşı oynaması və bizə kömək etməsi üçün hər şeyi edəcəyik. Emreli oyuna qoşulmağı sevən futbolçudur. Meydanda çox qaçır. Liqanın ulduzu olmasını istərdim. Amma heç nəyi əvvəlcədən deyə bilmərəm".

Xatırladaq ki, Mahir Emreli "Legiya"da meydana çıxdığı 2 yoxlama oyununda 4 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31