27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

"Qəbələ"nin hazırlıq planı və rəqibləri bəlli oldu

"Qəbələ"nin təlim-məşq toplanışı üçün proqramı bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev açıqlama verib.

O bildirib ki, iyulun 1-də Qəbələdə toplaşacaq heyət iki həftədən sonra yoldaşlıq görüşləri üçün Bakıya gələcək. "Qırmızı-qaralar" iyulun 16-da "Zirə", 5 gün sonra isə "Səbail"lə üz-üzə gələcək.

Baxşıyev hazırlıq prosesini ölkə xaricində büdcəyə görə keçirə bilmədiklərini sözlərinə əlavə edib: "Hər şey maliyyə və büdcəyə bağlıdır. Biz də bundan kənara çıxa bilmirik. Çalışacağıq ki, hazırlığımızı ölkə daxilində keçək".

Mütəxəssis transfer çalışmalarının davam etdiyini də diqqətə çatdırıb. O, əcnəbi və yerli futbolçu transferi etmək istədiklərini deyib: "Vidalaşmadığımız bütün futbolçuları saxlamaq istəyirik. Amma hər şey büdcədən asılı olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsüm avqustun 15-də başlayacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30