9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

“Neftçi”nin hazırlıq planı müəyyənləşdi

“Neftçi” PFK-nın 2021/2022-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlığın ilk mərhələsi iyunun 8-dən 14-dək Bakıda baş tutacaq.

Komanda tibbi baxışdan keçəndən sonra məşqlərə başlayacaq və əsasən fiziki hazırlıq üzrə çalışacaq.Taktiki və texniki çalışmalardan ibarət təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 16-dan 30-dək Sloveniyada olacaq.

Ayın 15-də Türkiyənin İstanbul şəhərinə, orada bir gün qalandan sonra isə Sloveniyaya yollanacaq “ağ-qaralar” Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşacaq. Flaqman bu ölkədə 4 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 18-i, 22-si, 25-i və 29-da olacaq. Rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31