Ölkə futbolu
Yığmanın üzvləri Moldovaya ilə oyundan danışdılar
Azərbaycan mili komandasının üzvləri Abbas Hüseynov, Namiq Ələsgərov və Rüstəm Əhmədzadə Moldova yığmasına qarşı yoxlama oyunundan danışıb.
Futbolxeber.az-ın məlumatına görə, onlar AFFA-nın rəsmi saytına açıqlamalarında bunları söyləyiblər:
Abbas Hüseynov: “Komandada çox gözəl ab-hava var. Baş məşqçinin tapşırıqlarına əsasən təlim-məşq toplanışımız davam edir. Təcrübəli çalışdırıcıdır. Onun bizdən tələb etdiyini meydanda icra etməyə çalışırıq.Artıq iki oyun keçirmişik. Ayrı-ayrılıqda dəyərləndirsək, Türkiyəyə qarşı çox yaxşı oynadıq. Hətta ən yaxşı oyunlarımızdan biri olduğunu qeyd edə bilərəm. Əfsuslar olsun ki, qələbə qazana bilmədik. Belarusla oyunda sübut etdik ki, biz qələbəyə layiq futbol oynayırıq. Sevindirici haldır ki, ikinci oyunda qələbə qazandıq. Moldova ilə oyuna da eyni ciddiyyətlə hazırlaşırıq. Məşqçilərin tapşırıqlarını yerinə yetirsək, inanıram ki, sabahkı (bugünkü-red) oyundan da qalib ayrılacağıq. Bu cür qələbələr komandada qələbə ruhunu artırır. Qalib gəlmək futbolçunun özünəinam hissini artırması baxımından önəmlidir. Ümumiyyətlə, bu yoldaşlıq oyunları millinin seçmə mərhələdəki oyunlarına müsbət mənada öz təsirini göstərəcək”.
Namik Ələskərov: “Çətin mövsüm keçirdik. Futbolçularda müəyyən mənada yorğunluq hiss olunurdu. Bu təlim-məşq toplanışı bizi yenidən hazır vəziyyətə gətirdi. Plana uyğun olaraq məşqlərimizi davam etdiririk. Keçirdiyimiz iki oyunda pis təsir bağışlamadığımızı düşünürəm. Düzdür, Türkiyə ilə oyunda nəticə biz istəyən kimi olmadı, amma bunu da normal qarşılaşamaq lazımdır. Türkiyə güclü rəqibdir, üstəlik, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq. Belarusla oyunda isə hesabda geridə olsaq da, dönüş yaratmağı bacardıq. Moldova ilə oyunda da yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Artıq neçə gündür sabahkı oyunu analız edirik. Mənə inanıb şans verdiyinə görə baş məşqçiyə təşəkkür edirəm”.
Rüstəm Əhmədzadə: “Hər futbolçu kimi, mən də ilk dəfə milliyə dəvət alanda yaxşı mənada təəccübləndim. Məni burada çox yaxşı qarşıladılar. Komandada çox yaxşı ab-hava var. Həm meydanda, həm meydandan kənarda hamının dəstəyini hiss edirəm. Sevinirəm ki, bu komandanın bir üzvüyəm. Belarusla oyunda debüt etmək imkanı əldə etdim. Mən meydana daxil olan zaman komandamız hesabda geridə idi. Sevindirici haldır ki, qələbə qazanmağımızda mənim, az da olsa, payım oldu. Milli komandadakı gələcəyimlə bağlı fikir bildirmək istəmirəm. Gələcəkdə yenidən dəvət alıb-almayacağıma məşqçilər korpusu qərar verəcək. Şəxsən öz adıma söz verə bilərəm ki, nə zaman milliyə dəvət alsam, əlimdən gələnin maksimumunu etməyə, komandaya fayda verməyə çalışacağam”.
Qeyd edək ki, futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək. Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olacaq.
Kişinyovdakı "Zimbru" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- Klublar Komitəsinin iclası keçirilib
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
-
13:46
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb
-
12:31
Azərbaycan millisinin Qızıl Avropa Liqası üçün yekun heyəti açıqlanıb
-
12:17
Nazir iş adamlarına səsləndi
-
11:58
Azərbaycanın millisi Sloveniyaya yollanıb
-
11:23
"Trabzonspor" darmadağınla finalda VİDEO
-
11:05
Şirvanda həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir
-
10:49
“Neftçi”də maliyyə böhranı
-
10:14
"Zirə" "Qarabağ"la oyuna hazırlaşır FOTOLENT
-
09:52
"Xəzri"nin baş məşqçisi: "Müdafiədə çox yaxşı oynadıq"
-
09:30
"Real"dan möhtəşəm geridönüş VİDEO
-
21:24
Azərbaycanın yeniyetmə stolüstü tennisçiləri Avropa birinciliyində iştirak edəcək
-
21:16
Azərbaycan Basketbol Liqası: “Xəzri” finala yaxınlaşdı
-
19:55
"Bu, gənc oyunçularımıza təcrübə qazanmaları üçün yaxşı şansdır”
-
19:41
I Liqada 25-ci tur start götürdü
-
19:09
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli oldu
-
18:38
XXXV turun oyun cədvəli açıqlandı
-
17:13
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:57
PFL və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalandı FOTOLENT
-
16:00
“Sumqayıt” “Səbail”lə oyunun hazırlıqlarını davam etdirir
-
14:36
Naxçıvanda "Sağlam həyat" günləri təşkil olunub
-
14:14
"İmarət"dən yeni görüntülər VİDEO
-
13:49
AFFA klublara təhlükəsizlik mövzusunda seminar keçib
-
13:21
Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər
-
13:08
Azərbaycan amputant millisi Türkiyədə təlim-məşq toplanışında olub
-
12:50
Azərbaycanda körlinq idman bölməsi açılıb
-
12:37
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medalçılar bəlli olub
-
12:25
AFFA-dan Yuri Matiasa sərt cəza
-
12:13
"Turan Tovuz"un legioneri üçün mövsüm bitdi
-
11:52
“Kəpəz”in 2 futbolçusuna 4 oyunluq cəza verildi
-
11:04
Heydər Əliyevin xatirəsinə həsr edilmiş futzal turnirinin qalibi bəlli olub
-
10:49
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
10:27
Qadın boksçulardan ibarət Azərbaycan yığması Almatıda hazırlıq keçəcək
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
09:26
“Dinamo” “Ağdaş”a məğlub oldu
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb