9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"O, Azərbaycanla oyundan sonra mənfi və müsbət cəhətlərimizi izah etdi"

Türkiyə yığmasının futbolçusu İrfan Can Kahveci Azərbaycan millisini 2:1 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyunu barədə fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, "Fənərbağça" klubunda çıxış edən 26 yaşlı yarımmüdafiəçi qarşılarına çıxan bütün komandalara qalib gəlmək istədiklərini bildirib:
 
"Millidəki futbolçular hər zaman birlikdə oynamırlar. Bu da komandaya mənfi təsir göstərir. Bu, həm də yoldaşlıq matçı idi. Baş məşqçi Şenol Günəş hər kəsi meydanda görmək istəyirdi. O, Azərbaycanla oyundan sonra mənfi və müsbət cəhətlərimizi izah etdi. Ümid edirəm ki, növbəti görüşlərdə də qalib gələcəyik".
 
Təcrübəli oyunçu Avropa çempionatında bacardıqları qədər irəli getmək istədiklərini sözlərinə əlavə edib.
 
Qeyd edək ki, Türkiyə millisi bu gün yoldaşlıq oyununda Qvineya ilə üz-üzə gələcək. Qarşılaşmanı azərbaycanlı FIFA referisi Əliyar Ağayev idarə edəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31