9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Mahir Emreli "Legiya" ilə müqavilə müddətini razılaşdırdı

"Qarabağ" klubundan ayrılan Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sı ilə prinsipial razılıq əldə edib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə 24 yaşlı hücumçunun agenti Tural Əsgərov açıqlama verib.
 
O, forvardın Polşaya səfərinin tezliklə gerçəkləşəcəyini bildirib: "Hazırda viza məsələləri həll edilir. Ardınca Mahir Polşaya yollanacaq. Tibbi müayinədən uğurla keçəcəyi, müqavilənin tam versiyası bizim gözlədiyimiz kimi qaydasında olacağı və hansısa problemin ortaya çıxmayacağı təqdirdə, Emreli Varşava təmsilçisi ilə müqavilə imzalayacaq".
 
FIFA agenti oyunçunun viza məsələləri ilə klubun məşğul olduğunu söyləyib: "Viza nə vaxt hazır olsa, təyyarə biletini alacaqlar və futbolçu səfərə çıxacaq. Mahir ya Polşaya, ya da "Legiya"nın yay toplanışını keçəcəyi Avstriyaya gedə bilər. Şengen vizası ilə hər iki ölkəyə səfər mümkündür".
 
Əsgərovun sözlərinə görə, sözləşmə müddəti sonradan daha 1 il uzadıla bilməsi şərti ilə 3 il olacaq.
 
Qeyd edək ki, Mahir Emreli 2015-ci ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb. Forvard Premyer Liqada 18 qolla bombardirlik yarışında ikinci olub. (Report)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31