9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

De Byazi: “Bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik”

“Oyun ərzində bir neçə qol şansımız olsa da, bundan yararlana bilmədik. Standart vəziyyətdən iki qol buraxdıq ki, bu da məni çox əsəbləşdirdi. Məncə, o qolları buraxmaya bilərdik. Ümumilikdə isə, komanda pis oyun nümayiş etdirmədi. Futbolçulardan razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Canni de Byazi Türkiyəyə 1:2 hesabı ilə uduzduqları yoldaşlıq oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

"Heyətə gəlincə, Azərbaycan Kubokunun finalından sonra bəzi futbolçular yorğun olduqları üçün fiziki hazırlıqları daha yaxşı olan oyunçulara şans verdim. Finalda iştirak edən futbolçuların bu görüşdə 90 dəqiqə oynamaq iqtidarında deyildilər. Buna görə də bəzilərini sonradan meydana buraxdım. Qarşıdakı Belarus mllisi ilə oyun barədə isə indidən fikir bildirmək istəmirəm” - deyə o bildirib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31