26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Sezar Meza Kolli: "Zaur Axundov "Keşlə"də qalmağımı istədi"

"Keşlə"nin futbolçusu Sezar Meza Kolli Azərbaycan kubokunda qalib olmaları barədə danışıb. 
 
Futbolxeber.az saytının məlumatına görə, paraqvaylı yarımmüdafiəçi finala çətinliklə yüksəldiklərini xatırladıb:
 
"Bu titul məni çox sevindirir. Fikrimcə, həm klub, həm də mənim üçün böyük uğurdur. Asan olmadı. Komanda yoldaşlarıma, klubun prezidentinə və bütün işçilərinə minnətdaram. Yarımfinalın ilk oyununda evdə "Zirə"yə 1:2 hesabı ilə uduzduq. Cavab matçında da 0:1 hesabı ilə geridə idik. Finala yüksəlmək üçün 3 qol vurmalı idik. Xoşbəxtlikdən, görüş mənim üçün yaxşı alındı. Het-trik etdim və komandamız həlledici qarşılaşmaya vəsiqə qazandı".
 
"Keşlə" ilə müqaviləsi başa çatan 30 yaşlı oyunçu artıq klubun Müşahidə Şurasının sədri Zaur Axundovla görüşdüyünü söyləyib: "Onunla çox yaxşı münasibətlərimiz var, ata-oğul kimiyik. Məndən komandada qalmağımı xahiş etdi. Mən isə dedim ki, hələlik qələbənin dadını çıxarmaq istəyirəm. Bundan sonra təkliflər barədə ağıllı qərar verəcəyəm".
 
Meza Kolli ölkəsinin yığmasına dəvət almamasına da münasibət bildirib.Təcrübəli pleymeyker bununla bağlı heç bir təklif almadığını vurğulayıb: "Bu, mənim yaralı yerimdir. Təəssüf ki, yığmadan heç kim mənimlə əlaqə saxlamayıb. Başa düşürəm, Azərbaycan çempionatı elə də populyar deyil. Amma ümidimi itirməmişəm, öz üzərimdə işləməyə davam edirəm. Hər oyunçu öz ölkəsinin yığmasında forma geyinmək istəyər. Ümid edirəm ki, bu, nə vaxtsa baş verəcək. Amma olmasa belə, sakitliyimi qoruyacağam".
 
Qeyd edək ki, Sezar Meza Kolli ilə "Neftçi" klubu yaxından maraqlanır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30