9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Qurbanov: “Futbolçularımdan razı qaldım”

"Rəqibi təbrik edirəm. Sürət çox olmasa da, sonluq maraqlı alındı. Futbolçularımdan razı qaldım".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinalının "Sumqayıt"a penaltilərdə uduzduqları cavab matçından sonra mətbuat konfransında deyib.

- Son vaxtlar çox yüklənmişik. Futbolçulara irad bildirmək də istəmirəm. Çox əziyyət çəkirlər. Qarşıda vacib oyunlarımız var. Onları bu oyunlara hazırlamalıyıq.

- Penalti seriyasında Mahir özü vurmaq istəmədi, yoxsa necə?

- Əvvəlcədən yazmışdıq. Şahruddini də 8-ci yazmışdım. 9 olsaydı, Mahir vuracaqdı.

- Mahir və Zubir nə üçün ilk dəqiqələrdən meydanda deyildi?

- Mahir zədədən yeni qayıdıb. Bu gün o 30 dəqiqə oynaya bilərdi. Əlavə vaxtların onun üçün artıq olacağını düşünürdüm. 60 dəqiqəyə yaxın oynadı. Bəzi oyunçuları qoruyub saxlamalı idik. Bəzi oyunçular var idi ki, istəməzdim bu gün 90 dəqiqə meydanda qalsınlar.

- Şahruddinin zədəsi tam sağlamışdı, yoxsa oynamasını özü xahiş etdi?

- Bizdə xahişlə oynamırlar. Hazırlığı pis deyildi, məşqlərini edirdi. Onun uzun müddət kənarda qalmasını istəmirdim.

- Rəqibin bu qədər müdafiədən oynamağını gözləyirdiz?

- İki variant var idi. Ya ilk oyundakı kimi oynayacaqdılar, ya da öz sistemləri ilə. Düşünürdüm ki, əsas heyətlə çıxıb, qol vurmağı düşünərlər. Gözlədiyim iki variantdan birincisi oldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31