9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

"Sumqayıt" və "Keşlə" finalda

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, günün ilk matçında "Qarabağ" "Sumqayıt"ı qəbul edib. İlk görüşdə olduğu kimi bu dəfə də 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtda da hesab açılmadığından qalib aşkarlanmayıb. Penaltilər seriyasında daha dəqiq oynayan "Sumqayıt" finala yüksəlib.

Digər oyunda isə "Zirə" ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi "Keşlə"ni sınağa çəkib. Səfərdə 3:2 hesabı ilə qalib gələn "Keşlə" həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, "Sumqayıt" - "Keşlə" finalı mayın 24-də keçiriləcək.

Azərbaycan Kuboku

1/2 final, cavab oyunları

29 noyabr

“Qarabağ” - “Sumqayıt” 0:0 pen - 3:4

İlk oyun - 0:0

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov

Tofiq Bəhramov adına Respublika Stadionu

“Zirə” - “Keşlə” 2:3

Qollar: Şəhriyar Əliyev, 48-avtoqol (1:0), Sezar Meza Kolli, 66 (1:1), 90-pen. (1:2), 92 (1:3), Klesio Bauk, 111 (2:3)

Qırmızı vərəqə: Lazar Corceviç, 88 ("Zirə")

İlk oyun - 2:1

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov

Zirə İdman Kompleksinin stadionu




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31