9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

İsveçrənin Azərbaycandakı səfiri Bakının AVRO-2020-yə hazırlığından danışdı

“BELƏ BİR MÖTƏBƏR YARIŞA HAZIRLIQLAR ÇOX PEŞƏKAR SƏVİYYƏDƏ TƏŞKİL OLUNUR”

“Çox şadam ki, İsveçrə milli komandası Bakıda oynayacaq”.

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a müsahibəsində İsveçrə Konfederasiyasının Azərbaycan və Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri Muriel Peneveyre futbol üzrə Avropa çempionatından gözləntiləri barədə danışarkən deyib.

Xanım səfir bildirib ki, AVRO-2020-nin A qrupunun 2 oyununu Bakıda keçirmələri İsveçrəni Azərbaycanda, Azərbaycanı isə İsveçrədə daha yaxşı tanıtmaq üçün fürsətdir və çox önəmlidir: "Ölkələr arasında qarşılıqlı əlaqələr yalnız siyasət, iqtisadiyyat, elm və mədəniyyət sahəsində münasibətlərlə məhdudlaşmır, həmçinin insanların bir-biri ilə təmasını özündə ehtiva edir. COVİD-19 pandemiyası dövründə səyahətlərin məhdudluğuna rəğmən, ümidvaram ki, İsveçrə millisinin Bakıdakı oyunları iki ölkə arasında əlaqələrin daha da güclənməsinə töhfə verəcək".

"İdman nəticələri baxımından, əlbəttə, mən İsveçrə millisini dəstəkləyir və onların uğur qazanmasını arzulayıram! İstər fərdi, istər kollektiv şəkildə idman, ədalətli oyun və hörmət dəyərlərini təbliğ edən yarış görmək arzusundayam", - deyə M.Peneveyre əlavə edib.

O, həmçinin AVRO-2020-yə hazırlıqdan razılıq ifadə edib: "Bir neçə gün öncə, aprelin 22-də AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla görüşdüm və əmin oldum ki, belə bir mötəbər yarışa hazırlıqlar çox peşəkar səviyyədə təşkil olunur".

Qeyd edək ki, İsveçrə millisi iyunun 12-də Uelslə, iyunun 20-də isə Türkiyə ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionu iyunun 16-da Türkiyə - Uels matçına və iyulun 3-də 1/4 final qarşılaşmasına da ev sahibliyi edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31