27 Aprel 2024, Şənbə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

“Nə, siqaret?”

"Sabah” - “Neftçi” matçında yaşananlar, Samir Abasovun oyunsonrası mətbuat konfransında səsləndirdiyi fikirlər hələ də müzakirə mövzusudur. 4 qol, 4 qırmızı (“Sabah”ın məşqçisi Miloş Jevtiçə də hakim qırmızı vərəqə göstərdi), 19 sarı vərəqə, 3 penalti, hesaba alınmayan qol... Bu, oyunda yaşananlar idi. Sıravi azarkeşin görmək istədiyi gərgin mübarizə, dramatik 90 dəqiqə. Gəl ki, meydandakı mübarizəyə baş hakimin idarəçiliyi kölgə saldı. Hər iki tərəfin qapısına təyin olunan penaltilərin mübahisəli olması, Hondanın sayılmayan qolu, Bəhlulun meydandan qovulması və s. Bu epizodlardan bəziləri haqda lap səhərə qədər də mübahisə etmək olar. Amma Bəhlul Mustafazadənin epizodu xaric, digər iki qırmızı vərəqədə Vüqar Həsənli yerdən göyə qədər haqlı idi. İstər Filip İvanoviç, istərsə də Təmkin Xəlilzadə qırmızı vərəqə görməli idilər. Çünki sarı vərəqəsi olan futbolçu qəsdən əllə oynayırsa, yaxud bir dəfə hakimin rəsmən xəbədarlıq etdiyi oyunçu rəqibi “baltalayıb” əks hücumun qarşısını kəsirsə, burda hakim vərəqə göstərməsə, qınaq obyektinə çevrilə bilər. Hər halda, futbolda bir komandanın 1, ya 2 üzvü meydandan qovulubsa, digərlərinə də qırmızı vərəqə göstərmək olmaz deyə bir şey yoxdu. Əminliklə demək olar ki, hakim Bəhlul Mustafazədəni meydandan qovmasaydı, digər iki qırmızı vərəqə heç müzakirə mövzusu da olmayacaqdı.

Oyunla bağlı müzakirələri, elə bu cızma-qaranı da burda bitirmək olardı. Amma gəl ki, oyunsonrası mətbuat konfrasında Samir Abasov elə bir partlayış elədi ki...

Mən Abasovun rəqibi vaxt uzatmaqda ittiham etməsinə, Saşa Stamenkoviç haqda səsləndirdiyi fikirlərə şərh verməyəcəm. Sırf Samir Abasovun vaxtında olmasa da, hər halda Stamenkoviç “Neftçi”də oynadığı dövrlərdə də az hoqqadan çıxmayıb. Təkcə elə “Xəzər Lənkəran”la kubokun finalında qan düşməsinin əsasını məhz serb qapıçı qoymuşdu. Amma sözüm onda deyil...

Kim nə deyir desin, “Neftçi”nin çalışdırıcısının mətbuat konfransında səsləndirdiyi “Zatən biz bilirik ki, bu gün tək bir komandaya qarşı mübarizə aparmırıq” fikri əsl bomba idi. Buna qədər də bu tip söhbətlər çox olub. Amma indiyə qədər heç kim bunu geniş publika önündə deməyib. Samir Abasov konkret ünvan göstərməyib. Ona görə biz də ehtimallarımızı, “Neftçi”nin çalışdırıcısının konkret kimlərin bostanına daş atdığını əminliklə deyə bilmərik. Lakin...

İllər öncə Antalyada bir xorvat menecerlə tanış olmuşdum. Dəhşət mərc həvəskarı idi. Arada telefonda, sosial şəbəkədə söhbət edəndə “filan oyuna rahat “stavka” edə bilərsən” deyirdi. Bəzən də məndən Azərbaycan çempionatında danışılmış oyunlarla bağlı fikrimi soruşurdu. Mən də hər dəfə ona “Simurq” - “İnter” oyununu deyirdim. O vaxt heç kimə sirr deyildi ki, “Simurq” kimi udur-udsun, “İnter”ə uduzacaq. Bunu hamı bilirdi, amma heç kim sübuta yetirə bilmirdi... İndi Samir Abasovun nə dediyini futbolun içində olan hər kəs bilir. Amma bəzilər buna “nə, siqaret?” reaksiyası verir. Bəli, Abasov konkret ünvan göstərməyib, amma artistliyə də ehtiyac yoxdu. Necə deyərlər, görünən kəndə nə bələdçi...

FUTBOLXEBER.AZ




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30