9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Millimiz “Səbail”lə bacarmadı

U-19 millimiz Bakıda təlim-məşq toplanışını davam etdirir.

Futbolxeber.az saytının məlumatına görə, yığmamız daha 1 yoxlama oyunu keçirib. Millimizin budəfəki rəqibi “Səbail” olub.

Premyer Liqa təmsilçisi bu oyundan 4:0 hesablı qələbə ilə ayrılıb. “Dənizçilər”in heyətində Amil Yunanov het-trik edib. 25-ci dəqiqədə penaltidən dəqiq yararlanan hücumçu, 60 və 75-ci dəqiqələrdə də fərqlənib. Digər qolu isə 30-cu dəqiqədə Mirsahib Abbasov rəqib qapısından keçirib.

Xatırladaq ki, U-19 millimiz bundan əvvəlki sınaq matçında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabıyla uduzmuşdu.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31