9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

"Sumqayıt" - "Qəbələ": 36-cı duel

Bu həftə Azərbaycan Premyer Liqasında 23-cü tura start veriləcək. “Qəbələ” ilk oyun günündə “Sumqayıt”la qarşılaşacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “qırmızı-qaralar” cari mövsümün üç oyununda uduzmadığı “Gənclik şəhəri” təmsilçisinin qonağı olacaq. Son iki matçda eyni - 1:0 hesabı ilə qalib gələn komanda bu dəfə səfər sınağına çıxacaq. Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunacaq qarşılaşma iki komanda arasında 36-cı duel kimi tarixə düşəcək. İndiyədək 35 dəfə üz-üzə gələn rəqiblərin görüşlərində üstünlük “Qəbələ”nin tərəfindədir. Aktivində 21 qələbə olan “qırmızı-qaralar” 10 heç-heçə edib və 4 dəfə uduzub. Rəqib qapısından 57 top keçirən futbolçular 25 top buraxıblar. “Qəbələ”nin “Sumqayıt”la matçlardakı ən yaxşı bombardiri Viktor Mendidir. Onun hesabında 7 top var.

“Qəbələ” və “Sumqayıt” Premyer Liqa çərçivəsində 35-ci dəfə görüşəcək. Çempionatdakı 34 görüşdən 20-də üç xala sevinən komanda 10 dəfə bir xalla kifayətlənib və yalnız 4 dəfə uduzub. “Qırmızı-qaralar” bu oyunlarda 56 qol vurub, 25-ni buraxıb.

17-ci dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfərdə 16 oyun keçirib. Rəqib meydanından 7 dəfə qalib dönən futbolçular 6 heç-heçə edib və 3 dəfə məğlubiyyətlə üzləşib. Səfərdə 23 qol vuran komanda 15 top buraxıb.

Xatırladaq ki, aprelin 16-da keçiriləcək “Sumqayıt” - “Qəbələ”  matçı saat 20:15-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31