9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Rövnəq Abdullayev: “Bu memorandumun imzalanması AFFA üçün vacib hadisədir”

Bu gün türkdilli ölkələrin futbol assosiasiyaları arasında Anlaşma Memorandumu imzalanıb.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, assosiasiyanın prezidenti Rövnəq Abdullayev memorandumun imzalanma tədbirində çıxış edib.

AFFA rəhbəri deyib: "Hörmətli həmkarlar, əziz qardaşlar, dostlar! Türkdilli ölkələrin futbol assosiasiyaları arasında bu gün imzaladığımız Anlaşma Memorandumunun gələcək fəaliyyətimizdə xüsusi önəmi olacağına inanırıq. Bu memorandumun imzalanması Azərbaycan Futbol Federasiyaları Assosiasiyası üçün vacib hadisədir və əminik ki, bütün həmkarlarımız bundan məmnundur. Bildiyiniz kimi, memorandum qarşılıqlı əməkdaşlıqla bağlı bir çox məqamları özündə əks etdirir və qarşıdakı illərdə futbolun inkişafı ilə bağlı bütün istiqamətlərdə təcrübəmizin paylaşılması baxımından əlavə üstünlük yaradan bir platformadır. Əlbəttə, çox istəyərdik ki, bu cür vacib və tarixi əhəmiyyətli sənədin imza mərasimi canlı görüş formatında təşkil olunsun. Təəssüf ki, son dövrlərin məlum səbəbləri ucbatından bu gün onlayn formatda görüşməli oluruq. Ümid edək ki, gələcəkdə bu memorandumdan irəli gələn bütün məsələlərin həlli ilə bağlı müzakirələrin aparılması zamanı onlayn görüş zərurəti olmayacaq.

Bir daha hər birinizə təşəkkür edir, Anlaşma Memorandumunun imzalayan bütün futbol assosiasiyaları üçün xeyirli-uğurlu olmasını arzulayıram!”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31