9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

İsmayıl İbrahimli: "Son dövrədəyik, səhv etmək olmaz"

"Qarabağ"ın yarımmüdafiəçisi İsmayıl İbrahimli Premyer Liqanın 22-ci turunda “Sumqayıt”la oyundan sonra (4:1) klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı futbolçu qələbə barədə danışıb və növbəti turda “Səbail”ə qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb:

“Matça çox ciddi hazırlaşmışdıq. “Sumqayıt”la oyunlarımız həmişə maraqlı və gərgin keçir. Vacib qələbə qazandıq və aktivimizə mühüm 3 xal yazdırdıq. İndi “Səbail”lə qarşılaşmaya köklənməliyik. Bizi səfərdə çətin görüş gözləyir. Ümid edirəm ki, bu oyun da komandamız üçün yaxşı alınacaq. Marafonun son dövrəsindəyik və çox yaxşı anlayırıq ki, səhv etmək olmaz. Hər qarşılaşmaya ciddi yanaşırıq”.

Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın 22-ci turunda “Səbail”in qonağı olacaq. Aprelin 16-da “ASCO Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31