9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Klubların Premyer Liqada iştirak üçün müraciət vaxtı başa çatıb

"Aprelin 10-u Premyer Liqada iştirakla bağlı lisenziya əldə etmək istəyən I Divizion klubları üçün son tarix idi. Sadəcə, hazırda lisenziyalaşdırma prosesinin elə fazasıdır ki, prosedurla və sənədlərlə bağlı məlumat verə bilmirik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev bildirib.

Onun sözlərinə görə, klubların sənədləri yoxlanılmağa başlayıb: "Yoxlanış bitdikdən sonra Lisenziyalaşdırma Komissiyasına təqdim olunacaq. Bu məsələ ilə bağlı son qərarı da Komissiya verəcək. Buna görə məlumat verə bilmirik".

Hacıyev klubların son günlərdə sənəd təqdim etmədiyini diqqətə çatdırıb: "Son 3 gündə hansısa sənəd verilməyib. Təqdim olunan sənədlərin hansı yerdə olmasına baxılacaq. Biz məxfiliyə görə əvvəlki illərdə də açıqlama verməmişik. Bu fazada hansısa fikir bildirmək məqsədəuyğun sayılmır. Klubların sənədlərinin yerində olub-olmaması ilə bağlı danışa bilmərəm. Əlbəttə, bəzi çatışmazlıqlar var. Lisenziyalaşdırma Komissiyasının iclasından sonra ümumi xarakterli yekun açıqlama verilə bilər".

Lisenziyalaşdırma qrupunun rəhbəri Lisenziyalaşdırma Komissiyasının iclasının mayın ortalarına təyin edildiyini bildirib: "Sadəcə, ötən il toplantı müəyyən səbəblərdən iyunda gerçəkləşib. Komissiyanın iclası əsasən mayda olur".

Qeyd edək ki, I Divizion klublarından "Qaradağ Lökbatan", "Kəpəz", "Turan Tovuz" və "Zaqatala" Premyer Liqada iştirak üçün müraciət edib. MOİK isə əsas liqada oynamaq istəməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31