9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında gənclərə ən çox şans verən komanda hansıdır?

Beynəlxalq İdman Tədqiqatları Mərkəzi (CİES) gənclərə ən çox şans verən klubların siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, dünyanın 71 liqasında çıxış edən 999 klubun yer aldığı siyahıda Azərbaycan Premyer Liqasının göstəriciləri də qeyd olunub.

Çempionatımızda 21 yaşadək futbolçulara ən çox şans verən "Qəbələ"dir. Yaş ortalaması 26,5 olan "qırmızı-qaralar" 21 yaşadək olan oyunçularına orta hesabla 10,4 faiz şans verib. "Qarabağ" (26,6 yaş, 9,5 faiz) 2-ci, "Sabah" isə (26,7 yaş, 7,6 faiz) 3-cü pillədədir.

Ümumi siyahıya isə Latviya təmsilçisi “Metta” (88.1 faiz) başçılıq edir.

Premyer Liqamızda 21 yaşadək futbolçulara şans verən klubların sıralanması

1. “Qəbələ” (26,5 yaş) - 10,4

2. “Qarabağ” (26,6 yaş) - 9,5

3. “Sabah” (26,7 yaş) - 7,6

4. “Sumqayıt” (25,7 yaş) - 5,4

5. “Keşlə” (27,7 yaş) - 4,1

6. “Neftçi” (26,4 yaş) - 4,0

7. “Zirə” (25,7 yaş) - 3,7

8. “Səbail” (26,7 yaş) - 1,5

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31