9 May 2024, Cümə axşamı
AFFA-dan Yuri Matiasa sərt cəza
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"

Ölkə futbolu

Elmar Baxşıyev: “Oyunun ədalətli nəticəsi də heç-heçə idi”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

- Oyunun belə ağır keçəcəyini bilirdik. “Neftçi” çempionluğa oynayan, arsenalında keyfiyyətli hücumameylli futbolçular olan komandadır. Bizi təhlükənin haradan gözlədiyini bilirdik. Ona görə komandanı ağır və çətin oyuna hazırlamışdıq. Bizim də öz planımız var idi. Düşünürəm ki, oyun dinamik alındı. Hər iki komanda müdafiə yox, hücum futbolu nümayiş etdirdi. Oyunun ədalətli nəticəsi də heç-heçə idi.

- Bu gün 1 xal qazandığınızı düşünürsüz, ya 2 xal itirdiniyinizi?

- Komandanı iki ildir çalışdırıram. İlk gündən tapşırığım mənim istədiyim oyunu, hücum futbolu göstərmək olub. Uduzanda, udanda, heç-heçə olanda da, futbolçuların düzgün oynadığını görürəmsə, məmnun qalıram. Oyunçular mənim istədiyimi verməyəndə məyus oluram. Rəqibdən asılı olmayaraq, şən futbol oynayırıq, öz oyunumuzu göstəririk.

- Mövsüm ərzində hakimlikdən narazı olduğunuz bəzi oyunlar olub. Bu gün də bir neçə dəfə hakimlərə kəskin etirazınızı bildirdiniz...

- Özümə söz vermişəm ki, hakimliklə bağlı çox danışmayım. Amma futbolda matç zamanı emosiyalar olur. Görüşün gedişində emosional görünməyimiz təəccüblü olmamalıdır. Məsuliyyət daşıdığımızdan belə olmağımız başadüşüləndir.

- Nikolas Rayselin oynamaması nə ilə bağlıdır?

- Onun zədəsi var. Hazırda bərpa prosesi keçir. Onun xidmətindən növbəti oyunlarda yararlana biləcəyik (Sport24.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31