Ölkə futbolu
Rəşad Sadıqov: "Hansısa hakim səhvindən danışmaq haqsızlıq olar”
"Sabah" 14-cü xalını qazandı, amma hamı mənimlə razılaşar ki, rəqib daha çoxuna layiqdir. Çempinatın sonunda mövsümü üst pillələrdə başa vura bilərlər".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XV turunda evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, "Sabah"ın baş məşqçisi Visente Qomez yaxşı komanda formalaşdırıb: "Rəqib bu gün taktiki cəhətdən ağıllı oynadı. Erkən qol vurduqdan sonra daha da ehtiyatlı oynamağa başladılar. Biz ilk hissədə müdafiəni yarmaqda çətinlik çəkirdik. Onların əks hücumları çox təhlükəli idi. Əks hücumdan ikinci qolu buraxmaq istəmirdik. Hissəni 0:1 hesabı ilə geridə başa vurduq. İkinci yarıda isə bəzi dəyişikliklər etdik. Rəqib üzərində təzyiqi artırmağa başladıq. Qol vurduqdan sonra rəqib hücuma atıldı və yenidən önə keçdilər. Sonda hesabı bərabərləşdirə bildik. Çox dramatik oyun alındı. Səhv etmirəmsə, oynadığımız 15 turun 7-8-də 3:2, 2:3 hesabları qeydə alınır".
Sadıqovun sözlərinə görə, onların matçları gərgin, maraqlı və baxımlı olur. "Bu da məni sevindirir. Azarkeşlər oyundan zövq alırlar. İkinci yarıda komandamız xarakter göstərdi. 5 gün içində "Neftçi" ilə iki ağır oyun keçirdik. Kollektivin yorğun olduğunu bilirdim, həftəiçi də bunu sezirdik. Bəlkə də, bu gün ədalətli nəticə heç-heçə idi. Hər iki komandanın futbolçularını, əsasən də, ikinci hissədəki möhtəşəm oyuna görə təbrik edirəm. Düzdür, 5-10 dəqiqə içində aldığım mesajlarda bildirilir ki, penalti epizodu yüz faizlik idi. Amma epizoda təkrar baxmaq lazımdır. Hər iki komanda meydanda elə əzmkarlıq, fədakarlıq göstərdi ki, hansısa hakim səhvindən danışmaq haqsızlıq olar”.
Baş məşqçi deyib ki, bu cür oyunlarla, sürətlə, templə ölkə futbolu inkişaf edər. “Sabah” bu mövsüm artıq üçüncü sistemdə çıxış edir. Baxırsan ki, futbolçular da yeni sistemə qısa müddətdə uyğunlaşa bilirlər. Bunların hamısı sevindirən amillərdir. Bəzən futbolçularımız bu çətinliyi yaşayırlar. Xüsusən də, milli komandalarda. Adətən oyundan-oyuna sistemdə dəyişiklik edəndə futbolçular buna gec uyğunlaşırlar”.
Gənc mütəxəssis rəqibin erkən qolunun onların planlarını pozduğunu vurğulayıb: “İki fərqli sistemlə oynadıq. Əslində matçdan əvvəl rəqibi təhlil edəndə gördük ki, son matçlarda 5-4-1 taktikası ilə çıxış edib. Məqsədimiz birinci hissədə 5-4-1-lə mübarizə aparıb, rəqibin səhvini gözləyib, bundan faydalanmaq idi. Bilirdim ki, komandamın 90 dəqiqə tam intensiv futbola gücü çatmayacaq. Buna görə də, ehtiyatlı oynamalı idik. Əgər ikinci hissədəki tempi ilk dəqiqələrdən göstərsəydik, böyük ehtimalla görüşün sonlarında dayanacaqdıq. Ağabala Ramazanovu zədədən sonra ilk dəfə meydana buraxdıq. Filipe Paxtman da 30-35 dəqiqə çıxış etmək gücündədir. Bütün bunları nəzərə almışdıq. Rəqibin erkən qolu planlarımızı alt-üst etdi. Fasiləyə qədər qol buraxmamaq çox vacib idi. İlk yarıda hesabı bərabərləşdirmək alınmasa da, ikinci topu buraxmadıq. İkinci hissədə Hacıağa Hacılını meydana buraxmaqla sistem dəyişikliyinə getdik. Əslində buraxdığımız ikinci topda Hacıağa topu yaxşı uzaqlaşdırmışdı. Sadəcə, top Kevin Kubembanın ayağına uğurlu düşdü. O da usta futbolçudur, əlinə düşən bu şanslardan yaxşı istifadə edir. Ümumiyyətlə, “Sabah”a şərait yaratsan, dərhal fərqlənmək bacarığı olan futbolçuları var”.
Rəşad Sadıqov tez-tez sistem dəyişikliyinə əl atmasına da aydınlıq gətirib: “Gəldiyim ilk gündən oyunçuların taktiki cəhətdən daha elastik olmalarına çalışıram. Məsələn, bu gün sistemi dəyişməsəydik, rəqib üzərində üstünlük yaratmağımız çətin olardı. Bəlkə sabah yenə sistemi dəyişəcəyik. Bunlara hazır olmaq lazımdır. İndidən növbəti rəqibə qarşı necə oynayacağımızla bağlı fikir bildirməkdə çətinlik çəkirəm. Rəqibi və öz oyunumuzu təhlil etmək şərtdir. Cürbəcür sistemlərdən istifadə etməyi xoşlayıram. Futbolçuların bunu qavramaları və tez reaksiya vermələri sevindiricidir” (Report).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO