Ölkə futbolu
Aftandil Hacıyev: “Hava şəraiti bizim üçün əlverişli deyildi”
"Oyunun gərgin keçəcəyini ilk hissədən bilirdik. Hava şəraiti və Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirdiyimiz oyunların nəticələri bizim üçün əlverişli deyildi".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının 15-ci tur matçından sonra mətbuat konfransında deyib.
40 yaşlı mütəxəssis eyni rəqiblə ölkə kubokundakı qalmaqallı cavab görüşündən sonra çoxlu söz-söhbətlər üzündən hər iki komandanın maksimumu ortaya qoymağa çalışdığını bildirib və oyun ərzində vərəqlərin çoxluğunu da bu amillə əlaqələndirib: “Bu gün də sarı və qırmızı vərəqələr çox oldu. Bununla bağlı komanda ilə danışacaq və hətta ola bilsin, bəzi futbolçulara ciddi xəbərdarlıq edəcəyəm. Hakimlər barədə çox danışmaq fikrim yoxdur. Sadəcə, oyunun axarında uduzursansa, psixoloji durum aşağı enir. Bu halda komandanı kökləmək olduqca çətinləşir. Rəqib layiqli qələbə qazandı".
Hacıyev bildirib ki, ilk yarıda buraxdıqları qollar və ikinci hissənin əvvəlində aldıqları qırmızı vərəqədən sonra komandanı oyuna kökləmək çətinləşib: "Rəqibin zəif və güclü tərəfləri dəqiqliklə, hətta artıqlaması ilə çatdırılmışdı. İlk hissədə bizim də qol epizodlarımız oldu. Topları fərdi səhvlərdən buraxdıq. İkinci hissə başlayan kimi isə Peyman Keşavarzi qırmızı vərəqə aldı. Məncə, baş hakim Vüqar Həsənlinin bu qərarı sərt oldu. Çünki həmin vaxt Keşavarzidən arxada 5 oyunçu var idi. Kubok oyununda da hakim səhvləri oldu. Amma bunun üzərində çox dayanmaq istəmirəm".
Baş məşqçi məğlubiyyətə müdafiədəki səhvlərin xeyli çoxalmasını səbəb göstərib. Onun sözlərinə görə, mövsümün ikinci hissəsində buraxdıqları qollar xeyli çox olub: "Geniş heyətimizin olduğunu düşünmürəm, rotasiya etmək olmur. Məğlubiyyət bizi ayıltmalıdır. Gələcəkdə səhvləri azaltmağa çalışacağıq. Kubokda mübarizəni dayandırmağımızın bizə psixoloji təsir etdiyini deməzdim. Oyunun əvvəllərində iki qol epizodumuzdan yararlansaydıq, nəticənin necə alınacağını bilmək olmazdı. Biz fərdi səhvlərlə məğlubiyyətimizi asanlaşdırırıq. Sonradan isə əvəzini çıxmağa futbolçularımızın ustalıq səviyyəsi çatmır. İlk hissədə 0:2 hesabı ilə uduzduqdan sonra oyunu çevirmək çətin oldu".
Hacıyev uzatma dəqiqələrində Kamran Ağayevə birbaşa qırmızı vərəqə göstərməklə də baş hakimin doğru qərar vermədiyini vurğulayıb: "Orada sonuncu ümid folu yox idi. Kobud oyuna görə meydandan qovulubsa, bununla bağlı fikir bildirmək çətindir. Artıq oyunun sonu idi, meydanda qalması belə nəticəyə təsir etməyəcəkdi. Onun barədə fikir bildirmək istəmirəm. Kamranın futbola qayıtmasının özü böyük hadisədir".
Təcrübəli mütəxəssis hazırda "Səbail"də çıxış edən Amil Yunanovun keçmiş klubu "Sumqayıt"a Azərbaycan Kubokunun 1/4 final oyununda qol vurduqdan sonra səsləndirdiyi aşağılayıcı fikirləri doğru saymayıb. Onun fikrincə, hər hansı futbolçu keçmiş komandasına qarşı düzgün ifadələr işlətmədikdə rəqibi motivasiya etməsi halları olur: "Düşünmürəm ki, Amil Yunanova qarşı "Sumqayıt" ədalətsizlik edib. Özü ilə söhbət etmişik. Bu məsələ üzərində çox dayanmaq istəmirəm".
Bu məğlubiyyətin "Səbail"i yolundan döndərməyəcəyini deyən Hacıyev uğursuz nəticələrin maliyyə problemləri ilə əlaqələndirməyib: "Pandemiyan dövründə çətinliklər təkcə bizdə yox, bütün komandalarda var. Amma bu amili qabartmaq istəmirik. Çünki mənfi təsir edə bilər. Rəhbərlik də əlindən gələn dəstəyi verməyə çalışır” (“Report”).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:13
“Neftçi” - “Turan Tovuz” oyununun biletləri satışd
-
18:00
Azərbaycan gimnastı: “Rəqiblərimiz bizdən çəkinirlər”
-
17:24
Hidayət Heydərov finalda
-
16:39
Azərbaycan millisinə yeni idman direktoru təyin edilib
-
16:17
Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb
-
15:51
Kubokun finalı: Nominal meydan sahibi və başlama saatı müəyyənləşdi
-
15:26
Millimizin üzvü Macarıstanda bürünc medal qazandı
-
13:42
“Ağdaş”ın baş məşqçisinə 5 oyunluq cəza
-
13:30
AFFA 7 klubu cərimələdi
-
13:13
“Futbolu da basketbol qədər izləyirəm”
-
12:45
Azərbaycan çempionatlarında növbəti turların proqramı açıqlanıb
-
11:34
İvan Brkiç: “Neftçi”nin şərəfi uğrunda canımızı meydanda qoymalıyıq”
-
11:08
AFFA Salyanskini əfv etmədi
-
10:21
Samir Abasov “Barselona”nın prezidenti ilə görüşdü FOTOLENT
-
09:59
"Karvan"dan 4 qollu qələbə VİDEO
-
09:47
Mahir Emrelidən Azərbaycan cüdoçularına dəstək
-
09:30
Musa Qurbanlı oynamadı, komandası yenə uduzdu VİDEO
-
23:55
Azərbaycan millisindən 2 bürünc medal
-
23:07
Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb
-
21:31
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
-
20:42
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
-
20:19
Cüdoçumuz Avropa çempionatının finalında uduzdu
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO